Hərbi prokuror HDQ-nin hərbi qulluqçularına tapşırıqlar verib

Oxunma vaxtı:32 Saniyə

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib.

Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədə geniş məlumat verib, maddi və texniki təchizatın yüksəldilməsi üçün mütəmadi işlərin görülməsini qeyd edib və Hərbi Dəniz Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olduqlarını bildirib.

Hərbi prokuror görüş zamanı Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularına nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.

Loading

Next Post

Həndbol üzrə Azərbaycan çempinatında VIII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempinatında VIII turun oyunları keçirilib. Qadınların yarışında “Kür” “İdman Akademiyası”nı məğlub edib – 39:23. “Azəryol” “Bakı”ya heç bir şans verməyib – 33:9. “Qarabağ” isə “Təhsil”i 25:12 hesabı ilə üstələyib. Kişilərin mübarizəsində “Qarabağ” “Dinamo”ya (45:25), “Bakı” “Təhsil”ə (45:21), “Kür” isə “Azəryol”a (28:23) qalib gəlib.