Ramazanın 24-cü gününün duası – İmsak və iftar vaxtı

Oxunma vaxtı:29 Saniyə

Sabah Ramazan ayının 24-cü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 3-də Bakıda imsak saat 04:53, iftar isə saat 19:22-dədir.

Ramazan ayının 24-cü gününün duası:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi:

“İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

Allah orucunuzu qəbul etsin!

Loading

Next Post

Beş rayonun qazı KƏSİLƏCƏK

Qaz infrastrukturunda aparılacaq işlər səbəbindən bu gün bir sıra rayonda qaz təchizatının dayandırılması planlaşdırılır. “Azəriqaz”dan verilən məlumata görə, İsmayıllı rayonunda orta təzyiqli yeraltı qaz xətlərində və Qaz Paylayıcı Stansiyalarda, Ağdaş şəhərinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, Ağdaş rayonunun Aşağı Qəsil və […]