Ramiz Mehdiyev və Əli Həsənov DİA-dakı vəzifələrindən niyə azad edilib? – SƏBƏB

Oxunma vaxtı:46 Saniyə

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Dövlət İdarəçilik Akademiyasında (DİA) tutduqları vəzifədən azad edilməsinin səbəbi açıqlanıb.

Doğrusöztv.Az -ın məlumatına görə, DİA-nın mətbuat katibi Yusif Ağayev Trend-ə bildirib ki, bu təhsil müəssisəsində Ramiz Mehdiyev Dövlət qulluğu və kadr siyasəti kafedrasının, Əli Həsənov Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsində çalışıb.

Y.Ağayev qeyd edib ki, həmin vəzifələr təyinatlı deyil, seçkili vəzifədir. Buna görə də 5 il müddətinə həmin vəzifələrə seçilən R.Mehdiyev və Ə.Həsənovun növbəti müddətdə vəzifələrinin tutulması üçün yenidən müsabiqə elan edilib:

“Seçkinin keçirilməsi üçün müəyyən edilən müddətdə həmin şəxslər yenidən seçilmək üçün müraciət etməyiblər. Müsabiqədə iştirak üçün müraciət edən digər şəxslər bu vəzifəyə seçiliblər”.

Y.Ağayev bildirib ki, Əli Həsənovun indiyədək tutduğu vəzifəyə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Namiq Əliyev, R.Mehdiyevin indiyədək tutduğu vəzifəyə isə DİA-nın Bələdiyyə, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmış Rəcəb Rəhimli seçilib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir. Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti […]