Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib – YENİLƏNİB

Oxunma vaxtı:59 Saniyə

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlığından irəli gələn iqtisadiyyat, enerji, kommunikasiya, regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif mövzular müzakirə olunub.

Nazir regionda münaqişədən sonrakı bərpa prosesi və sülh səyləri ilə bağlı son yeniliklər barədə Serbiya Prezidentini məlumatlandırıb.

Sayad Həsənli

10:53

Serbiya Prezidenti Aleksandr Vuçiç dekabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.

Bu barədə “Report” Serbiya dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüş yerli vaxtla saat 11:30-da Serbiya Prezidentinin Baş Katibliyi binasında keçiriləcək.

Səfər çərçivəsində C.Bayramovun Serbiya səfirlərinin konfransında çıxışı, həmçinin xarici işlər naziri (XİN) Marko Curiç və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulub.

İkigünlük konfrans zamanı iştirakçılar dünyada cari geosiyasi vəziyyəti, Serbiyanın Avropa inteqrasiyası prosesini, regional problemləri və digər mövzuları müzakirə edəcəklər.

Konfransı Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç, Azərbaycan və Serbiyanın XİN başçılarının açacağı gözlənilir.

Konfrans çərçivəsində Serbiyanın Avropa inteqrasiyası naziri Tanya Mişçeviçin çıxış edəcəyi “Avropa inteqrasiyası məsələləri” mövzusunda panel müzakirəsi nəzərdə tutulub. Səfirlər konfransının birinci gününü Serbiya Baş naziri Miloş Vuçeviç bağlayacaq.

Loading

Next Post

Kobaxidze Prezident İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: “Zati-aliləri. İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə möhkəm cansağlığı, əmin-amalıq və uğurlar arzulayıram. Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır. Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi […]