Sədr müavini: Bəzən icra hakimiyyətləri sanki zorla bu işlə məşğul olur

Oxunma vaxtı:44 Saniyə

Bu gün hələ də məişət zorakılığının qarşısının alınması istiqamətində görüləcək işlər var.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova mayın 20-də parlamentdə qurumun ötən ilki hesabatı ilə bağlı danışarkən deyib.

“Bu sahədə fəaliyyət göstərən monitorinq qruplarının işi gücləndirilməlidir. Onların özlərində bu işə yanaşmada istək və həvəs olmalıdır. Çünki bəzən müşahidə olunur ki, icra hakimiyyətləri sanki zorla bu işlə məşğul olur. Onlardan hesabatları çətinliklə əldə edirik”, – sədr müavini bildirib.

S.Qəhrəmanova qeyd edib ki, məişət zorakılığı baş verəndə ancaq qurbanın problemləri ilə məşğul olunur:

“Amma məişət zorakılığı deyəndə onu törədənlərə də diqqət etmək lazımdır. Çünki həmin şəxs hadisəni törədir və sonra kənarda qalır. Əgər məhkəmələrdə onlara qarşı hadisəni törədəndən sonra məcburi sürətdə reabilitasiya keçməsi tələbi qoyulsa, məişət zorakılığını niyə etdiyini bəlkə dərk edər. Uşaqlar məişət zorakılığının daşıyıcı sayılır. Çünki həmin uşaq ya zorakılığa məruz qalan, ya da qorxaq kimi böyüyür”.

Loading

Next Post

Deputat: Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?

İrsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır. Bəzən arqument kimi deyirlər ki, qohum olmayanın da xəstə uşağı olur. Qohum olmayan evliliklərdə əngəlli uşaqların doğulması 2-4 faizdir. Amma qohumluq olanda bu göstərici 4-8 faizdən çoxdur. Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova deyib. “Bu onu […]