Şəhid məlumatlarının vikipediyadan silinməsi parlamentdə müzakirə edildi

Oxunma vaxtı:26 Saniyə

“Vikipediyada Azərbaycan şəhidləri barədə məlumatlar birdən-birə silinib”.

Bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. 

“23 ildir mövcud olan vikipediyada Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib. Çünki vikipediyanın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır. Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu təmin edilərsə, erməni vikipediyaçılara bu məsələdə də qalib gələ bilərik”, – deyə F.Mustafa bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələrin vikipediyadan silinməsi ciddi narazılıq yaradıb.

Loading

Next Post

Bakıda Neft Emalı Zavodunda yanğın başlayıb - Yenilənir 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.