Ermənistana keçən hərbçimiz Bakıya GƏTİRİLDİ – VİDEO

Oxunma vaxtı:29 Saniyə

Laçında əlverişsiz hava şəraitində azan hərbçimiz Ruslan Pənahov Azərbaycana təhvil verilib.

O, artıq Bakıya gətirilib.

Hərbçimizi gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Daha sonra onu Ermənistan hərbçiləri saxlayıblar.

Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. ilə ittiham olunduğunu bildirib.

Dünən Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi ilə bağlı cinayət təqibinə xitam verib.

Loading

Next Post

Səhhətim normaldır, özümü yaxşı hiss edirəm - Ruslan Pənahov

“Səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm”. Bunu Ermənistandan Azərbaycana gətirilən əsgər Ruslan Pənahov hava limanında jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib: “Bilirdim ki, məni əsirlikdən xilas edəcək”.