Kobaxidze Prezident İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:33 Saniyə

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri.

İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə möhkəm cansağlığı, əmin-amalıq və uğurlar arzulayıram.

Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır.

Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi töhfələrinizi minnətdarlıq hissi ilə qeyd etmək istərdim.

Şadam ki, ölkələrimiz arasında mövcud olan ənənəvi möhkəm dostluğumuz və strateji tərəfdaşlığımız bütün sahələrdə uğurla inkişaf edir. İnanıram ki, çoxşaxəli və qarşılıqlı faydalı əlaqələrimizi ölkələrimizin və regionun rifahı naminə gələcəkdə də uğurla davam etdirəcəyik.

Zati-aliləri, Sizi bir daha səmimi-qəlbdən təbrik edir və Sizə ən dərin ehtiramımı ifadə edirəm”.

Loading

Next Post

Minimum aylıq əməkhaqqı artırıldı - Sərəncam

Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, hazırda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat təşkil edir.