BDYPİ: Yağışlı hava şəraitində sürücülər və piyadalar daha diqqətli olmalıdır

DogruSozTv Az
Oxunma vaxtı:47 Saniyə

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.

Qeyd olunub ki, yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və intizam tələb edir.

“Bu səbəbdən bir daha xatırladırıq ki, belə hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddini azaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət edin. Eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə risklər yaradır”.

Vurğulanıb ki, yağışlı havada sürücülərin görmə imkanlarının məhdudlaşdığını nəzərə alaraq, piyadalar səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli, açıq rəngli və asan görünən geyimlərə üstünlük verməlidirlər:

“Yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin tam dayandığından əmin olmaq son dərəcə vacibdir. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsizliyə məsuliyyətlə yanaşmağa, yollarda diqqətli və ehtiyatlı olmağa çağırır. Unutmayaq: yollarda təhlükəsizlik hər birimizin məsuliyyətidir”.

Loading

Next Post

Leyla Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunda “Gənc arıçı” layihəsinin iştirakçılarından biri olan, Mıxlıqovaq kəndində yaşayan Qafarovlar ailəsinin qonağı olub. Görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb. Ailə üzvləri bu layihənin […]