Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək

Oxunma vaxtı:27 Saniyə

“Gələn il pensiyaların indeksləşdirilməsi planlaşdırılır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Ölkə başçısı tərəfindən növbəti ildə böyük sosial islahatlar həyata keçiriləcək. Gələn il həm minimum əməkhaqqının, həm minimim pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır.

Ümumilikdə bu sosial islahat paketi pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyon insanı əhatə edəcək. Düşünürəm ki, dövlət büdcəsi və icmal büdcə parlamentdə təsdiq olunduqdan sonra onun parametrləri təsdiq olunacaq”, – deyə nazir bildirib. 

Loading

Next Post

Sabah hava əsasən yağmursuz keçəcək

Noyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]