Rəisi ilə vida mərasiminə Türkiyədən onlar gedəcək

Oxunma vaxtı:25 Saniyə

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidan mayın 22-si İrana səfər edəcəklər.

Onlar helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi ilə keçirilən vida mərasimində iştirak edəcəklər.

Qeyd edək ki, mayın 19-u baş vermiş qəza nəticəsində İran Prezidenti ilə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemi və onları müşayiət edən digər şəxslər həlak olublar.

İbrahim Rəisi mayın 23-ü doğulduğu Məşhəd şəhərində dəfn olunacaq

Loading

Next Post

Tərtərdə mina partladı - Ölən var

Tərtər rayonunda mina partlayışı baş verib. “Hadisə bu gün Həsənqaya kəndi ərazisində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.