Azərbaycanda qadınlar elm və təhsil sahəsində liderdir

Oxunma vaxtı:38 Saniyə

11 fevral – “Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Günü kimi qeyd edilir

Bu günün qeyd olunmasında məqsəd qadınların və qızların elm və texnologiyadakı rolunu vurğulamaqdır.

Azərbaycan elminin inkişafında qadınların aktivliyi hər keçən il daha da artır. 2023-cü ilin göstəricilərinə əsasən ölkəmizdə elmi işçilərin 59,2 faizi qadınlardır. Ötən il də doktorantura pilləsində qəbul olunanların 50%‑dən çoxunu qadınlar təşkil edib. Eyni zamanda dünyada və ölkəmizdə texnologiya sahəsində qadınların iştirak payı 30%-dir.

Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.

Loading

Next Post

Azərbaycanda un bahalaşdı - Siyahı

Azərbaycanda fevralın 10-na unun topdansatış qiyməti açıqlanıb. “Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ötən həftə ilə müqayisədə topdansatış bazarda un bahalaşıb. Belə ki, un istehsalçıları qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər artırıblar Açıqlanan rəsmi məlumata görə, hazırda ölkədə 50 kq-lıq unun topdansatış qiyməti 26,50 – 28,2 manat aralığında dəyişir.  Ən ucuz un növü bazara “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu […]