Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

Oxunma vaxtı:38 Saniyə

Azərbaycanda sabah bəzi yerlərdə intensiv yağıntı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-5° isti, gündüz 5-10° isti olacaq.

Loading

Next Post

"Şirvan Aqro" ölkədə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir

Şamaxı rayonunda istifadəyə verilən “Şirvan Aqro” heyvandarlıq kompleksi ölkədə alternativ və yaşıl enerjidən istifadə edən ilk belə təsərrüfatdır. “Report”un Şamaxıya ezam olunan əməkdaşının xəbərinə görə, bu barədə jurnalistlərə Prezidentin izi ilə rayona təşkil edilən mediatur çərçivəsində məlumat verilib. Bildirilib ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə […]