Ərdoğan da Əliyevə zəng etdi

Oxunma vaxtı:35 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb.

Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Loading

Next Post

“Tam qadağa yox, tənzimləmə xahiş edirik” - Sahibkarlar hökumətə müraciət edir

“Azərbaycanda elektron siqaretlərin dövriyyəsinin tam qadağan olunmasını nəzərdə tutan qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması sahibkarlar arasında ciddi narahatlıq yaradıb. Müzakirələrin gedişində sağlamlığın qorunması ilə bağlı dövlətin mövqeyi anlayışla qarşılanır və sahibkarlar bu yanaşmanı dəstəklədiklərini açıq şəkildə bildirirlər”. Bu, elektron siqaretlərlə bağlı qanun layihəsi fonunda sahibkarların Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, […]