Bakıda Atatürk və Antena parkları birləşdirilir

Oxunma vaxtı:47 Saniyə

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması davam etdirilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) melumat yayıb.

Bu dəfə paytaxtın daha iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub.

Artıq “Gənclik” metro stansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlərə yaxın zamanda başlanılacaq.

Qeyd edək ki, bu ərazi daim piyadalar üçün çoxsaylı maneələri, tənzimlənməyən parklanma yerləri olan məkan olub. Həyata keçirilən layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir.

Layihə çərçivəsində Atatürk parkının giriş hissəsində yaşıllıq zonası, skamyalar və söhbətgahlar, uşaq meydançası və digər obyektlər qurularaq müasir və cəlbedici ictimai məkan yaradılacaq. Bununla da Atatürk və Antena parkları, həmçinin ictimai nəqliyyat və ticarət obyektləri arasında piyada əlaqəsi yaradılacaq. Layihə, həmçinin sakinlərin və turistlərin gəzinti zamanı təhlükəsiziyini artıracaq.

Loading

Next Post

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvanda olub

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) olublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində qonaqlar ƏÜO Qərargahında olublar. Onlara ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran […]