Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

Oxunma vaxtı:33 Saniyə

Sabah ölkə ərazisində 15-20 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Loading

Next Post

Gəncə lll MDB oyunlarına hazırlaşır: abadlıq və bərpa işləri aparılır

III MDB İdman Oyunları bu il Azərbaycanda keçiriləcək. Bu münasibətlə Gəncə şəhərində sürətli hazırlıq görülür, quruculuq və bərpa işləri aparılır. Oyunların keçirilməsi üçün ölkə üzrə bir neçə şəhər seçilsə də, əsas yarışlar Gəncə şəhərində təşkil olunacaq. “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin […]