Zhang Ling: “Azərbaycan təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır”

Oxunma vaxtı:46 Saniyə

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) prioritet sahəsi olan təhlükəsiz və effektiv nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycan əlaqələndirici ölkə kimi mühüm rol oynayır.

Bunu CICA-nın baş katibinin müavini Zhang Ling BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri” mövzusunda tədbirdə deyib.

O bildirib ki, Avropa və Asiyanı birləşdirən əsas tranzit qovşağı kimi Azərbaycan davamlı əlaqənin transformativ potensialını nümunə göstərir: “Bir çox CICA üzv dövlətlərinin tranzit ölkələr olduğunu nəzərə alsaq, nəqliyyat dəhlizləri regional əməkdaşlığı gücləndirmək üçün ümumi baxışımızın tərkib hissəsidir”.

O qeyd edib ki, CICA-nın ümumi təşəbbüsləri beş əsas meyarı əhatə edir: “Bunlara iqtisadiyyat, ekologiya, humanitar sahələr, təhdid və çağırışlar daxildir. CICA-ya üzv dövlətlər iqlimə davamlı nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirməklə, iqtisadi və ekoloji ölçülərə əhəmiyyətli töhfələr verməyə sadiqdirlər”.

Loading

Next Post

BMT: Şəhər sakinlərinin yarısı həddindən çox istilik riski ilə üzləşə bilər

İqlim böhranına ən az töhfə verənlər ən yüksək qiyməti ödəyəcəklər. Bunu BMT-nin Baş Katibinin iqlim fəaliyyəti üzrə xüsusi müşaviri Selvin Hart COP29 çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib. “Heç bir qitə, heç bir bölgə, heç bir ölkə immunitetə ​​malik deyil. Dünya 1,5 dərəcə […]