Bu hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək

Oxunma vaxtı:46 Saniyə

Milli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi birinci oxunuşda müzakirə edilib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, qanuna dəyişiklikdə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət verilməsi təklif edilir.

Bununla bağlı qanuna aşağıdakı dəyişikliklər təklif edilir:

“4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;”;

“7.0.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda;”;

“9.1.7. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə;”.

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq. Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İşğaldan azad edilən ərazilədə qoruq və milli parklar yaradılacaq

İşğaldan azad edilən ərazilərdə yeni qoruqların yaradılması üçün planlar hazırlanır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı” verilişində çıxış edərkən deyib. Onun sözlərinə görə, işğaldan əvvəl milli park anlayışı yox idi. Artıq qanunvericlik milli parkların yaradılmasına imkan […]