BMT: Şəhər sakinlərinin yarısı həddindən çox istilik riski ilə üzləşə bilər

Oxunma vaxtı:33 Saniyə

İqlim böhranına ən az töhfə verənlər ən yüksək qiyməti ödəyəcəklər.

Bunu BMT-nin Baş Katibinin iqlim fəaliyyəti üzrə xüsusi müşaviri Selvin Hart COP29 çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib.

“Heç bir qitə, heç bir bölgə, heç bir ölkə immunitetə ​​malik deyil. Dünya 1,5 dərəcə həddinə yaxınlaşdıqca, iqlim xaosunun qiyməti artır. 500 milyondan çox şəhər sakini sahilyanı ərazilərdə yaşayır və onlar şiddətli fırtınalarla, dəniz səviyyəsinin daha tez-tez qalxması ilə üzləşirlər. Təxminən 25 il sonra dünya şəhər sakinlərinin yarısı həddindən çox istilik riski ilə üzləşə bilərlər. Ona görə də iqlim dəyişikliyi ilə mübarizədə bütün səviyyələrdə əməkdaşlıqlar lazımdır”, – deyə o qeyd edib.

Loading

Next Post

Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bəzi estetik cərrahların onu hədələdiyini bildirib. Dogrusoztv.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayan Ataşovanın sözlərinə görə, “rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslər susması üçün səhifələrinə haker hücumları təşkil edir. Jurnalist bir neçə estetik cərrahın adını çəkib. İddia edib […]