DYP-dən beynəlxalq velosiped turniri ilə əlaqədar sürücülərə MÜRACİƏT

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən daxil olan müraciətdə deyilir:

“Əziz Şuşa” beynəlxalq velosiped turnirinin növbəti mərhələsinə bu gün Qəbələ rayonundan start veriləcək.

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın üçüncü mərhələsində velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

Sürücülərdən tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik”.

Loading

Next Post

"Xersonda 5 mindən çox sakin təxliyə edilib" - Rusiya FHN

Xerson vilayətinin su basmış ərazilərindən 5 mindən çox sakin təxliyə edilib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, xilasedicilər 154-ü uşaq olmaqla, 1 534 nəfəri qayıqlarla bölgədən çıxarıb. Ümumilikdə, 5 133 nəfər, o cümlədən 178 uşaq və 66 hərəkət məhdudiyyətli şəxs təxliyə edilib. Bundan əvvəl Rusiya prezidenti […]