İran şahının oğlu etirazçılara səsləndi: şəhər mərkəzlərini tutun!

Oxunma vaxtı:52 Saniyə

1979-cu ildə devrilmiş İran şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvi şənbə günü iranlıları daha məqsədyönlü etiraz aksiyalarına çağırıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, o, şəhər mərkəzlərinin ələ keçirilməsi və nəzarətdə saxlanılmasını əsas hədəf kimi göstərib.

“Bizim məqsədimiz artıq sadəcə küçələrə çıxmaq deyil. Məqsəd şəhər mərkəzlərini ələ keçirməyə və onları saxlamağa hazırlaşmaqdır”,-deyə Rza Pəhləvi sosial şəbəkələrdə yayımladığı videomüraciətdə bildirib.

Şənbə və bazar günləri yeni etiraz aksiyalarının keçirilməsinə çağıran Rza Pəhləvi əlavə edib ki, çox yaxın hesab etdiyi bir gündə vətənə qayıtmağa hazırlaşır.

Xatırladaq ki, Rza Pəhləvinin çağırışından sonra yanvarın 8-də İranda etiraz yürüşləri güclənib. Sosial şəbəkələrdə kütləvi aksiyaları əks etdirən çoxsaylı videolar yayılsa da, İranın Fars agentliyi etirazların “məhdud xarakter daşıdığını” iddia edib. Etirazların fəallaşması fonunda ölkədə internet, mobil və şəhər telefon rabitəsi müvəqqəti olaraq dayandırılıb.

İİğtişaşlar zamanı şəxsi mülkiyyətə və şəhər infrastrukturuna ziyan dəyib. Nəqliyyat vasitələri, o cümlədən təcili yardım avtomobilləri və şəhər avtobusları məhv edilib, metro stansiyalarına, məscidlərə, banklara və mağazalara ziyan vurulub.

İran KİV-ləri iğtişaşlar zamanı ölən və yaralananların olduğu barədə məlumat yayıb.

Loading

Next Post

FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır: “Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə […]