Beş rayonun qazı KƏSİLƏCƏK

Oxunma vaxtı:44 Saniyə

Qaz infrastrukturunda aparılacaq işlər səbəbindən bu gün bir sıra rayonda qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan verilən məlumata görə, İsmayıllı rayonunda orta təzyiqli yeraltı qaz xətlərində və Qaz Paylayıcı Stansiyalarda, Ağdaş şəhərinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərində yeni çəkilmiş qaz xəttinin üzərinə sayğacların köçürülməsi, Şəki rayonunun Kiş kəndində qaz xəttinin yerinin dəyişdirilməsi, Saatlı rayonunun Qazanbatan, Əbilkənd, Genişkənd kəndlərində, Bərdə şəhərinin N.Nərimanov, C.Məmmədquluzadə küçələrində təmir-quraşdırma işlərinin görülməsi məqsədilə 03.04.2024-cü il saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, təmir işləri aparılan müddətdə İsmayıllı rayonunun, Şəki rayonunun Kiş kəndinin, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərinin və rayon mərkəzinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrinin, Saatlı rayonunun Qazanbatan, Əbilkənd və Genişkənd kəndlərinin və Bərdə şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Rusiyaya “Crocus”dakı terrordan iki həftə əvvəl məlumat verilibmiş

ABŞ “Crocus City Hall”dakı terror aktından iki həftə əvvəl Rusiya hakimiyyətinə xəbərdarlıq etmişdi ki, konsert zalı hücum üçün potensial hədəfə çevrilə bilər. Bu barədə “The Washington Post” (WP) nəşri məlumat yayıb. Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Moskvada terror aktının hazırlanması ilə bağlı həddən artıq ümumi məlumat […]