Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq – Spiker tapşırıq verdi

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib. “Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram”, – deyə o qeyd edib.

Spiker Shaibə Qafarova Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimova tapşırıq verib ki, bu məsələyə baxılsın: “İntizam komissiyasını yığın və bu məsələ ilə ciddi məşğul olun, mənə məruzə edin”, – deyə spiker bildirib.

Deputatlar da sədrin tapşırığını dəstəkləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl deputat Vahid Əhmədov internet televiziyalarından birinə müsahibə verib. Onun Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların etirazına səbəb olub.

Loading

Next Post

Prokurorluq “Sumqayıt Tibb Mərkəzi”ndə yeyinti AŞKARLADI

“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma […]