Türkiyə və Ermənistan diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosedurunu asanlaşdırır

Oxunma vaxtı:27 Saniyə

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında əldə olunmuş razılaşma çərçivəsində iki ölkə arasında diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosedurunun asanlaşdırılması barədə qərar qəbul edilib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər iki ölkənin diplomatik, xidməti və xüsusi pasport sahibləri 2026-cı il yanvarın 1-dən etibarən ödənişsiz şəkildə elektron viza (e-viza) ala biləcəklər.

“Bu münasibətlə Türkiyə və Ermənistan iki ölkə arasında normallaşma prosesini heç bir ön şərt irəli sürmədən davam etdirmək öhdəliklərini bir daha təsdiqləyirlər”,-deyə məlumatda qeyd olunub.

Loading

Next Post

Yol polisi bayram günlərində səfərə çıxanlara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur. Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının […]