Bu rayonlarda qaz olmayacaq

Oxunma vaxtı:25 Saniyə

Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

“Ramana” QPS-də, orta təzyiqli qaz xəttində və Xətai rayonu Y.Əliyev küçəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu Ramana qəsəbəsi, Yeni Ramana, Bünyadzadə, Tağıyev, Yeni Zaman küçələri, Sabunçu qəsəbəsinin 9-cu mədən ərazisi, Suraxanı xidmət sahəsi üzrə Deputat küçəsinin bir hissəsində və Xətai rayonun bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Prezidentin sağ qalan təyyarə bələdçiləri ilə görüşünün VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Həmin görüşün videosunu təqdim edirik: