“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

DogruSozTv Az
Oxunma vaxtı:1 Dəqiqə, 3 Saniyə

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2025-ci ili 1,304 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, İdarə 2024-cü ildən 1,193 milyon manat xalis zərərlə çıxmışdı.

Ötən il “İçərişəhər”in əsas əməliyyat (satışdan) gəlirləri 6,29 milyon manat (əvvəlki ilə nisbətən 18,5 % çox), əsas əməliyyat xərcləri (satışının maya dəyəri) 4,164 milyon manat (12,8 % az), subsidiya gəlirləri 7,633 milyon manat (27,7 % az), köhnəlmə və amortizasiya xərcləri 1,725 milyon manat (1,6 % çox), işçi heyəti üzrə xərcləri 5,4 milyon manat (36,7 % az), ümumi inzibati xərcləri 786 min manat (40,3 % az), material xərcləri 248 min manat (9,25 % çox), digər əməliyyat xərcləri 1 min manat (45,1 dəfə az), mənfəət vergisi ödəmələri isə 294 min manat (35,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “İçərişəhər”in aktivləri 197,814 milyon manat olub ki, bu da illik müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə İdarənin öhdəlikləri 46,8 % azalaraq 555 min manata, balans kapitalı isə 2,8 % artaraq 197,258 milyon manata çatıb.

Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Prezident İlham Əliyevin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə yaradılıb, 16 may 2007-ci il tarixində isə qurumun əsasnaməsi təsdiq edilib. Onun nizamnamə kapitalı 1 milyon manatdır.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib.Bu barədə Prezidentin “X” hesabında paylaşım edilib. “Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük […]