Azərbaycan tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması barədə məlumat yalandır – MN

Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

Doğrusöztv.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb.

Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.

Loading

Next Post

Ukrayna Prezidenti Volodimir Zelenskinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə lanç verilib

Yanvarın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə lanç verilib.