“İgid oğullarımız onun da boynuna çıxıb murdarlayarlar”- Deputatdan sərt AÇIQLAMA

Oxunma vaxtı:42 Saniyə

Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsinin 1 ili tamam olur. Bu münasibətlə sülhməramlı qüvvələrin Xankəndi yaxınlığındakı hərbi şəhərciyində “Qəhrəmanlar xiyabanı” və sülhməramlılara həsr olunmuş abidənin açlışı olub. Xiyabanın açılışına Cənub Hərbi Dairəsinin komandir müavini, general-leytenant Rüstəm Muradov və sülhməramlı kontingentin komandanı, general-leytenant Qennadi Anaşkin qatılıb.

Məsələ ilə bağlı Sonxeber.az deputat Aqil Abbasın fikrini öyrənib.

O, baş verənlərin hamısını “boş şey” adlandırıb:

“Şuşa şəhrində də abidə ucaldılmışdı. Şuşanı işğal edən erməniyə heykəl qoymuşdular. Nə oldu? Bizim igidlərimiz çıxdı heykəlin başına, yaxşı-yaxşı murdarladılar.

Bu dəfə də ruslar bu addımı atıb. Heç nə olmaz. Bizim igid oğullarımız onun da boynuna çıxıb murdarlayarlar. Qəti narahat olmayın. Orada bizim gözəl, cəsur balalarımızın abidələri ucalar.

Belə şeylərə görə narahat olmayın. 30 il dözdük, dayandıq-dayandıq və qəhrəmanlarımız cəmi 44 gün ərzində Qarabağı azad etdilər. Bunu da 1 həftəyə həll edərik, fikir etməyin”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədib

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər […]