Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

Oxunma vaxtı:28 Saniyə

Uşaq qidasında çirkləndirici aşkarlanıb

İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb.

Bu barədə APA-ya AQTA-dan məlumat verilib.

AQTA-ya bildiriş daxil olub

Bildirilib ki, çirkləndiricinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.

Məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb

Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Loading

Next Post

Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər - Video

Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda  keçirilən “Qarabağ”-“Ayntraxt” (3:2) oyununu izləyənlər arasında Azərbaycanın rəsmi şəxsləri də olub. Həmin şəxslər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Təhlüləsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyevdir. Onlar qələbə qolunun vurulması zamanı emosiyalarına […]