Baş prokuror Binəqədi rayonunda vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:38 Saniyə

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş prokuror Kamran Əliyev iyunun 24-də saat 10:00-da Binəqədi rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Binəqədi rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Binəqədi rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.azelektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X)vasitəsilə də qəbula yazıla bilərlər.

Loading

Next Post

Naxçıvanda seçkiləri Prezident təyin edəcək - Konstitusiya dəyişir

Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsinin təfərrüatı məlum olub. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur. 5-ci maddə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin səlahiyyətlərini nəzərdə tutur. Layihəyə əsasən, […]