ABŞ Prezidenti İlham Əliyev və Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib

Oxunma vaxtı:35 Saniyə

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana sülh yaratdıqlarına görə təşəkkür edib.

O bunu Sülh Şurasının ilk iclasında bəyan edib.

“İki ölkə arasında 32 il münaqişə var idi. Buna 24 saat içində son qoyduq”, – o deyib.

D.Tramp İlham Əliyev və Nikol Paşinyana müraciət edərək “mən düşünürəm ki, siz artıq dostlaşmısınız” deyib.

“Bu iki insan çox sərt adamdırlar və onlar arasında sülh yaratmaq elə də asan olmayıb. Mənim ofisimdə görüş başlayanda masanın əks istiqamətlərində əyləşmişdilər. Mən onlara yaxın oturmağa təklif etdim. Bir saatdan sonra yanbayan oturduq, əllər sıxıldı. İki ölkə arasında sülh yarandı. Mən bu günü heç zaman unutmayacam. Siz özünüzlə fəxr edə bilərsiniz. Çox gözəl nailiyyət ortaya qoymusunuz”.

Loading

Next Post

Pirşağı və Ləhic bağlarında işıq olmayacaq

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb.  Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində […]