Sloveniya XİN başçısı Azərbaycan və Ermənistana səfər edəcək

Oxunma vaxtı:25 Saniyə

Sloveniyanın xarici işlər naziri Tanya Fayon Azərbaycan və Ermənistana səfər edəcək.

Bu barədə STA agentliyi məlumat yayıb.

Azərbaycana səfəri zamanı o, Baş nazir Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və parlament sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq.

T.Fayon Bakı və İrəvan arasında sülh sazişinin imzalanması məsələsini, eləcə də enerji sahəsində əməkdaşlığı müzakirə edəcək.

XİN başçısı həmçinin iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun birinci iclasında və biznes forumda iştirak edəcək.

O, bu gün Ermənistana ikigünlük səfərə gedəcək, aprelin 17-də isə Azərbaycana gələcək.

Loading

Next Post

Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyev aprelin 22-də saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı […]