Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:37 Saniyə

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyev aprelin 22-də saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Sabunçu rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Loading

Next Post

AMB: Neft qiymətləri maliyyə sektoruna birbaşa təsir etmir

Dünya bazarındakı neft qiymətlərinin maliyyə sektoruna birbaşa təsir etdiyini demək olmaz.Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib. “Ümumilikdə maliyyə sektorunda xarici risklərə gəldikdə bizdə dollarlaşma 16 % səviyyəsindədir. Bunun da böyük hissəsini dollarla gəliri olanların və yaxud xarici valyutada kifayət qədər ehtiyatı olan şirkətlərin payına düşür”, – […]