Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Oxunma vaxtı:20 Saniyə

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə H.Sultanov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Loading

Next Post

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Azərbaycanda iyulun 26-da 41 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 […]