“YAŞAT” Fondu bir il ərzində fəaliyyət istiqamətləri üzrə 50 milyon manata yaxın vəsait xərcləyib

Oxunma vaxtı:56 Saniyə
Trend Logo Cut

 AZ 

“YAŞAT” Fondu bir il ərzində fəaliyyət istiqamətləri üzrə 50 milyon manata yaxın vəsait xərcləyib

CƏMİYYƏT8 Dekabr 2021 12:34 (UTC+04:00)

"YAŞAT" Fondu bir il ərzində fəaliyyət istiqamətləri üzrə 50 milyon manata yaxın vəsait xərcləyib

Bakı. Samir Əli – Trend:

Bir il ərzində “YAŞAT” Fondu fəaliyyət istiqamətləri üzrə 49 milyon 497 min manat məbləğində vəsait xərcləyib.

Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə bu gün Bakı Konqres Mərkəzində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasının 1 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.

“Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 32 477 789.50 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 458 478.51 manat, İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 5 432 716.49 manat, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: 11 128 461.65 manat olub”, – Ü.Mehdiyev deyib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub. Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir […]