Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

Oxunma vaxtı:27 Saniyə

Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb:

“Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər, qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib”, – məlumatda qeyd edilir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şuşada məktəbin tikintisinə başlanılacaq

Şuşada 1 nömrəli məktəbin layihələndirmə işləri yekunlaşıb və tikintiyə başlanılacaq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. “Ağdam və Cəbrayılda layihələndirmə prosesi başlayıb. Prosesin 2022-ci ilin sonuna qədər bitməsi gözlənilir. Yəqin ki yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir. Bu çox […]