Şuşada məktəbin tikintisinə başlanılacaq

Oxunma vaxtı:24 Saniyə

Şuşada 1 nömrəli məktəbin layihələndirmə işləri yekunlaşıb və tikintiyə başlanılacaq.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

“Ağdam və Cəbrayılda layihələndirmə prosesi başlayıb. Prosesin 2022-ci ilin sonuna qədər bitməsi gözlənilir. Yəqin ki yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir. Bu çox ciddi və böyük prosesdir. Həmin bölgələrdəki məktəb layihələri ən yaxşı layihələrdir. Həm Ağdam, həm də Şuşa məktəbi arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir məktəblərimizdən olacaq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"Altılıq" formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək

Moskvada “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. Qeyd edək ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti […]