Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib

Oxunma vaxtı:47 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı piyadalara müraciət edib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hazırda ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti piyadalar üçün bir sıra çətinliklər yaradıb:

“Bununla yanaşı, yolların sürüşkənliyi və məhdudiyyətli görünmə səbəbindən piyadavurma hadisələrinin baş vermə ehtimalı artıb.

Lakin bəzən piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, səki olduğu halda, eləcə də qəflətən yolun hərəkət hissəsinə çıxması yol qəzalarının baş verməsinə real zəmin yaradır.

Nəzərə almaq lazımdır ki, sürüşkən yolda piyadanın anidən yola çıxması onsuzda çətinliklə hərəkət edən sürücünü kəskin tormozlamaya vadar edir ki, bu da piyadavurma, toqquşma, maneəyə vurma kimi ağır hadisələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olan piyadalara müraciət edərək, bir daha onları əlverişsiz havalarda yola çıxarkən öz həyat və sağlamlıqlarına qarşı diqqətli olmağa, verilən tövsiyələrə laqeyd yanaşmamağa, hərəkəti qaydalarına istisnasız əməl etməyə çağırır”.

Loading

Next Post

Sabah da qar yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlmat verilib. Bildirilib ki, gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Atmosfer təzyiqi […]