Zakir Həsənov Qazaxıstana səfər edib

Oxunma vaxtı:30 Saniyə

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Aktau Beynəlxalq hava limanında general-polkovnik Z.Həsənovu qazaxıstanlı həmkarı general-polkovnik R.Jaksılıkov qarşılayıb.

Hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Müdafiə naziri səfər çərçivəsində “Birləşdik – 2024” təliminin “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasının Tokmak burnunda icra ediləcək epizodlarını izləyəcək.

Zakir Həsənov Qazaxıstana səfər edib
Zakir Həsənov Qazaxıstana səfər edib
Zakir Həsənov Qazaxıstana səfər edib
Zakir Həsənov Qazaxıstana səfər edib
Zakir Həsənov Qazaxıstana səfər edib

Loading

Next Post

Naxçıvana maliyyə naziri təyin edildi

Naxçıvan Muxtar Respublikasına maliyyə naziri təyin edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb. Sərəncama əsasən, Həsən Bayram oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib. Qeyd edək ki, H.İsmayılov bu təyinatadək Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini vəzifəsində çalışıb.