İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək

Oxunma vaxtı:31 Saniyə

Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistanla sülh bərqərar olduqdan sonra Orta Dəhlizin onun ərazisindən davam etdirilməsi üzərində iş aparılır:

“Bu, Azərbaycanın əsas hissəsini dayanıqlı nəqliyyat, enerji və kommunikasiya xətləri vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyə imkan verəcək. Nəticədə Ermənistan özünün müstəqil tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək”.

İlham Əliyev qeyd edib ki, bu, həmin yeni imkandan istifadə etmək istəyən hər kəs üçün uduşlu vəziyyətdir:

“Biz Azərbaycanın iki hissəsini nəqliyyat infrastrukturu ilə birləşdiririk və beynəlxalq dəhlizlərin genişlənməsini yaradırıq, bu da bir çox ölkələr üçün faydalı olacaq”.

Loading

Next Post

Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

Sosial şəbəkələr üzərindən həyata keçirilən alış-verişlər istehlakçı hüquqlarının pozulması riskini artırır. Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Bakıda keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda bildirib. Onun sözlərinə görə, bəzi istehlakçılar sosial […]