Yol polisi əhaliyə xəbərdarlıq etdi

Oxunma vaxtı:55 Saniyə

Sürücülərin yuxulu və ya yorğun vəziyyətdə yola çıxması ağır nəticəli qəzaların əsas səbəblərindən biridir.

Bu barədə Baş Dövlət Yol Polisinin müraciətində deyilir.

Qeyd olunur ki, nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və yaxud yol kənarında yerləşən maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu qəza növünün əsas səbəblərindən birinin sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsi olduğunu göstərir. Belə hallarda sürücünün diqqətinin zəifləməsi və reaksiya imkanlarının aşağı düşməsi qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Xüsusilə, son zamanlar kənd təsərrüfatı və digər istehsal sahələrində çalışan işçilərin daşınması zamanı sürücülərin iş və istirahət rejiminə lazımi nəzarətin yoxluğu qəzalara səbəb olur. Səhər erkən saatlarda yuxusuz halda yola çıxmaq, uzun məsafələri fasilə vermədən davam etdirmək sürücünün yuxulama və diqqət yayınması riskini artıraraq ağır nəticəli hadisələrlə nəticələnir.

Bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə bir daha bildiririk ki, işçilərin daşınması zamanı yalnız saz vəziyyətdə olan və təhlükəsizlik tələblərinə cavab verən nəqliyyat vasitələrindən istifadə olunmalı, sürücülərin iş və istirahət rejiminə ciddi nəzarət edilməlidir. Yorğun və yuxusuz halda sürücülərin sükan arxasına keçməsinə şərait yaradılması yolverilməzdir.

Unudulmamalıdır ki, hər bir işçinin həyatı və sağlamlığı onların daşınmasını təşkil edən şəxslərin birbaşa məsuliyyətidir”.

Loading

Next Post

Rusiyanın Ukraynanın Donetsk vilayətinə zərbələri nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb

Rusiya ordusunun son sutka ərzində Ukraynanın Donetsk vilayətinə hücumu nəticəsində iki nəfər ölüb. Bu barədə Ukrayna KİV Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Rusiyanın endirdiyi zərbələr nəticəsində daha üç nəfər yaralanıb.