5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı

Oxunma vaxtı:27 Saniyə

Samux rayonunda Kürdə batan şəxsin meyiti tapılıb.

Sudan meyiti tapılan şəxs Samux rayonun Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevdir.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki hadisə bu ilin Fevral ayında Kür çayının Samux rayonundan keçən hissəsində baş verib.

Belə ki, Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov balıq tutan zaman kürdə batıblar.

Hadisədən sonra Müşfiq İsmayılovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb

Bakının Binəqədi rayonu, “Baksol yolu” adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb. “Report”un əldə etdiyi məlumata görə, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub. Qeyd edək ki, hadisə iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb.