Suraxanıda qumbara aşkarlanıb – FOTO/VİDEO

Oxunma vaxtı:35 Saniyə

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd RQO əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Suraxanıda qumbara aşkarlanıb - FOTO/VİDEOSuraxanıda qumbara aşkarlanıb - FOTO/VİDEO

Loading

Next Post

Sabiq nazirin övladlarının biznesi çökür (FOTO)

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümovun biznesi çökür. Qaynarinfo-nun məlumatına görə, “Orion Global” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 82 min 551 manat 91 qəpik vergi borcu yaranıb. Şirkətin tabeçiliyində fəaliyyət göstərən məşhur “Orion Palace”da aparılan vergi […]