Almaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Oxunma vaxtı:21 Saniyə

Azərbaycanda rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Frank-Valter Ştaynmayer Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Loading

Next Post

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək görüşü başlayıb. Bu barədə “Report”un tədbirdə olan əməkdaşı xəbər verib.