Kreml: ABŞ-nin İrana hücumu xaosa səbəb ola bilər

Oxunma vaxtı:29 Saniyə

Kreml hesab edir ki, ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi bütün regionda xaosa səbəb ola bilər.

Bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

ABŞ Prezidenti Donald Trampın İrana mümkün zərbələrlə bağlı son açıqlamalarına Peskov belə cavab verib: “Biz əvvəlki kimi bütün tərəfləri təmkinli olmağa və məsələnin həllində hər hansı güc metodlarından imtina etməyə çağırırıq”.

“Aydındır ki, (İranla bağlı) danışıqlar potensialı hələ tükənməyib. Bununla əlaqədar ilk növbədə, danışıqlar mexanizminə diqqət yetirilməlidir”, – Peskov vurğulayıb.

Onun sözlərinə görə, “hər hansı güc tətbiqi regionda yalnız xaos yarada, təhlükəsizlik sisteminin sarsılması baxımından çox təhlükəli nəticələrə gətirib çıxara bilər”.

Loading

Next Post

Azərbaycanda startap sertifikatı ilə gəlir vergisinə güzəştin müddətinə yenidən baxmaq təklif edilir

Azərbaycanda startap sertifikatı ilə gəlir vergisinə tətbiq edilən güzəştin müddətinə yenidən baxılmalıdır. Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) “Ağ sənəd 2025” adlı hesabatında qeyd edilib. Sənədə əsasən, hazırda startap sertifikatı ilə gəlir vergisindən azadolma imkanı yalnız mikro və kiçik sahibkarlıq subyekti kateqoriyasına aid olan müəssisələrə şamil edilir: “Bu səbəbdən […]