KİV: Almaniyalı diplomatların ailələri İranı tərk edir

Oxunma vaxtı:18 Saniyə

İranın İsrailə mümkün hücumu ilə bağlı iddialara görə Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri Tehranı tərk edirlər.

Bu barədə “Bild” qəzeti məlumat yayıb.

İranı tərk edəcək Almaniya vətəndaşlarının dəqiq sayı məlum deyil.

Bundan başqa, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri əlavə təhlükəsizlik tədbirləri görür.

Daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarına İranı mümkün qədər tez tərk etmələrinə çağırış edib.

Loading

Next Post

Niderland İrandakı səfirliyini bağlayır 

Niderland sabah, aprelin 14-də Tehrandakı səfirliyini bağlayacaq. Bu barədə “Reuters” agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Niderland Xarici İşlər Nazirliyi bunu İran və İsrail arasında münasibətlərdə gərginliyin artması ilə əsaslandırıb. Nazirlik səfirliyin aprelin 15-də açılıb-açılmayacağına bazar günü qərar verəcək.