60 xarici vətəndaş İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub

Oxunma vaxtı:16 Saniyə

Gün ərzində 6 ölkənin 60 vətəndaşı İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub.

APA-nın cənub bürosunun məlumatına görə, həmin şəxslərin Astara dövlət sərhədindən buraxılış məntəqəsindən təhlükəsiz şəkildə Azərbaycan tərəfinə keçidi təmin edilib.

Təxliyə olunanlar arasında 43 Hindistan, 6 Rusiya, 4 Kanada, 3 Tacikistan, 3 Azərbaycan və 1 Pakistan vətəndaşı var.

Təxliyə prosesi davam edir.

Loading

Next Post

Həftənin ilk günü Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Babək prospekti, mərkəz istiqamətində; […]