Bakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənilib

Oxunma vaxtı:22 Saniyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyalarını ödəyib.

Bu barədə nazirlik məlumat yayıb.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.

Digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin aprel ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Loading

Next Post

Zelenski: Kiyev Berlinə müdafiə sahəsində bir sıra layihələr təklif edib

Ukrayna Almaniyaya müxtəlif tipli pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı təklif edib.Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bəyan edib. “Biz Almaniyaya dronlar üzrə sazişlər, müxtəlif tipli dronlar, raketlər, proqram təminatı və müasir müdafiə üzrə ikitərəfli saziş təklif etdik. Komandalarımız […]