Zelenski: Kiyev Berlinə müdafiə sahəsində bir sıra layihələr təklif edib

Oxunma vaxtı:20 Saniyə

Ukrayna Almaniyaya müxtəlif tipli pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı təklif edib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bəyan edib.

“Biz Almaniyaya dronlar üzrə sazişlər, müxtəlif tipli dronlar, raketlər, proqram təminatı və müasir müdafiə üzrə ikitərəfli saziş təklif etdik. Komandalarımız konkret işə başlayır. Bizim təcrübəmiz Avropa təhlükəsizlik sisteminə inteqrasiya oluna bilər”, – V.Zelenski deyib.

Loading

Next Post

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi imzalayıb. Belə ki, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı ödənişli avtomagistrallarda – sürət həddi saatda 130 kilometrdən çox, digər avtobuslar, yedəyində […]