Ukrayna müharibəsi belə bitəcək – Amerikalı senator

Oxunma vaxtı:26 Saniyə

ABŞ-da respublikaçı senator Marko Rubio prezidentliyə namizəd Donald Trampı müdafiə edərək bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Kiyevin qələbəsi ilə deyil, danışıqlarla bitməlidir.

Bu barədə “Politiko” nəşri məlumat yayıb.

“Reallıq ondan ibarətdir ki, Ukraynadakı müharibə danışıqlar yolu ilə başa çatacaq, Donald Tramp Kiyevin bu danışıqlarda daha çox təsir rıçaqına malik olmasını istəyir”, – deyə Rubio yazır.

Xatırladaq ki, Trampın özü Ukraynanın məqsədlərinə tam dəstək verməyəcəyini açıq şəkildə bildirərək, danışıqlara ehtiyac olduğunu demişdi. Bundan əlavə, o, iki dəfə Ukrayna tərəfinin qalib gəlməsini istəyib-istəmədiyinə cavab verməkdən yayınıb.

Loading

Next Post

Mədə kiçiltmə əməliyyatı oldu: 1 həftə sonra öldü

Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb. Sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikalardan birində mədə kiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini, 1993-cü il təcəllüdlü G.Bayramova sentyabrın 28-i dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.